Salyanda 5 otaqlı ev külə döndü
Salyanda 5 otaqlı ev içindəki əşyalarla birlikdə yanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan şəhərinin Şəhriyar küçəsi-73 ünvanında qeydə alınıb.
Şəhər sakini, 23 yaşlı Rəxşəndə Əhmədovaya məxsus 5 otaqlı fərdi yaşayış evi qəfildən alovlanmağa başlayıb. Yanğın barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Salyan Yanğından Mühafizə Hissəsinə məlumat verilib.
Yanğının söndürülməsinə Salyan Yanğından Mühafizə Xidmətinin 4 maşını və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlər yanğını lokallaşdırıb və alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıb. Buna baxmayaraq, 5 otaqdan ibarət olan fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq kül olub.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi