Benzema həbs edildi - SƏBƏB
Fransa polisi yığma komandanın hücumçusu Kərim Benzemanı həbs edib. Apasport.az-saytının “Eurosport” nəşrinə istinadən məlumatına görə, Madrid “Real”ının forvardı "Lion"un şərəfini qoruyan həmyerlisi Matye Valbuenanı şantaj etməkdə təqsirləndirilir.
Benzema millidə çiyin-çiyinə çıxış etdiyi Valbuenanı intim məzmunlu video ilə şantaj etməkdə təqsirləndirilirlər. Ulduz futbolçu polis şöbəsində dindiriləcək.
Qeyd edək ki, yerli polis eyni səbəbdən oktyabrın 13-də Fransa millisinin digər hücumçusu Cibrill Sisse və adları açıqlanmayan daha 3 nəfəri həbs etmişdi. Lakin şantaj məsələsində Sissenin rolu az olduğundan, o, tezliklə sərbəst buraxılmışdı.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi