Bank Of Baku

Xəzər dənizində üç balıqçı yoxa çıxdı

# 16:03
4 noyabr 2015

Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, balıqçı qayığında olan şəxslərlə yaxınları telefonla danışıb. Bir müddətdən sonra isə əlaqə itib.

 

Onlar da bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verib. Hazırda balıqçıların axtarışları istiqamətində FHN-in Dövlət Sularda Xilasetmə xidmətinin əməkdaşları səylərini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR