Şəmkirdə “Mercedes” "Jiquli" ilə toqquşdu: 3 yaralı
Şəmkirdə 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, magistral yolda Şəmkir rayonunun Əliyaqublu kənd sakini, 1981-ci il təvəllüdlü Ceyhun İsgəndərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Keçili kənd sakini, 1970-ci il təvəllüdlü Kamran Əsgərov VAZ2106“ markalı avtomobil toqquşub. Qəza zamanı hər iki sürücü və “VAZ”-da olan sərnişin Keçili kənd sakini, 1971-ci il təvəllüdlü Əşrəf Məhərrəmov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi