Maşınları dəyərindən ucuz qiymətə satışa çıxardı, beh alıb aradan çıxdı

# 16:08
2 oktyabr 2023

 

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Abşeron rayon sakini Zeynalabidin Məlikzadə saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumat görə, ilkin dindirmə zamanı saxlanılan şəxs vətəndaşlara qarşı dələduzluq etdiyini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, o, avtomobil elanları saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobillərin dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdirib. Daha sonra isə ona zəng edən alıcılarla satış qiyməti barədə razılığa gəldikdən sonra alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edərək, zərərçəkmişlərə özünə məxsus bank hesab nömrəsini təqdim edib. Alıcılardan beh aldıqdan sonra isə Zeynalabidin Məlikzadə zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyib. Zeynalabidin Məikzadə ümumilikdə 10-dan çox vətəndaşı “turbo.az” sayıtı vasitəsi ilə eyni üsulla aldadaraq zərərçəkənlərin 20000 manata yaxın pulunu ələ keçiib. Faktlarla bağlı Z.Məlikzadə barəsində Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları onun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR