Suriyada hökumət və müxalifət qüvvələri atəşkəs elan etdi
Suriyada hökumət və müxalifət qüvvələri 15 günlük atəşkəs elan edilməsi barədə razılığa gəlib.
APA-nın DHA-ya istinadən xəbərinə görə, bu barədə Suriya İnsan Hüquqları Müşahidə Evi məlumat yayıb.
Məlumata görə, bu barədə qərar tərəflərin Şərqi Quta vilayətində keçirilən görüşündə qəbul edilib. 15 günlük atəşkəs barədə qərar noyabrın 19-dan qüvvəyə minir.
Məlumatda bildirilir ki, bu, sınaq müddətidir. Tərəflər razılaşmanın reallaşacağı təqdirdə müddəti uzada biləcəklərini bəyan edib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi