Azərbaycanda “Mimi” adlı it 2 kiloqram heroin tapdı
Dövlət Gömrük Komitəsinin əməkdaşları 2 kiloqrama qədər heroinin ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar. Komitədən APA TV-yə verilən məlumata görə, narkotik vasitə İrandan Azərbaycana gələn Məmmədov Emin Hidayət oğluna məxsus “Mersedes Benz-200” markalı, 90-GB-883 nömrəli minik avtomobilində aşkar edilib.
Astara Gömrük İdarəsinin əməkdaşları Sərnişin nəqliyyat şöbəsinin gömrük yoxlama xəttində avtomobilə gömrük nəzarətini həyata keçirən zaman “Mimi” ləqəbli kinoloji xidmət iti nəqliyyat vasitəsinin salonuna reaksiya verib. Bunu nəzərə alan gömrükçülər qanunvericiliyin tələbinə uyğun olaraq nəqliyyat vasitəsinə baxış keçirib.
Yoxlama zamanı avtomobilin salonunda, alətlər panelinin arxasında gömrük nəzarətindən gizlədilən, qara rəngli kauçuk məmulatına bükülü vəziyyətdə 5 ədəd uzunsov formalı bağlamada ümumi xalis çəkisi 1 kiloqram 850 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi