Azərbaycanda 60 yaşdan sonra boşananların sayı açıqlandı
2022-ci ildə Azərbaycanda ümumilikdə 15983 boşanma olub ki, bunlardan da 528-i 60 və yuxarı yaşda olan kişilər, 274-ü isə eyni yaş qrupunda olan qadınlar arasında qeydə alınıb. Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, 18 yaşadək kişilər arasında boşanma qeydə alınmasa da, eyni yaş qrupunda olan qadınlar arasında 3 boşanma olub. Həmçinin 18 yaşda kişilər arasında 1, qadınlar arasında isə 31 boşanma qeydə alınıb. 19 yaşda kişilər arasında 2, qadınlar arasında 136 boşanma qeydə alınıb. 20-24 yaşda kişilər arasında 432, qadınlar arasında 2026 boşanma qeydə alınıb. 25-29 yaşda kişilər arasında 2363, qadınlar arasında 3868 boşanma qeydə alınıb. 30-34 yaşda kişilər arasında 4198, qadınlar arasında 3925 boşanma qeydə alınıb. 35-39 yaşda kişilər arasında 3525, qadınlar arasında isə 2614 boşanma qeydə alınıb. 40-44 yaşda kişilər arasında 2254, qadınlar arasında isə 1398 boşanma qeydə alınıb. 45-49 yaşda kişilər arasında 1288, qadınlar arasında isə 804 boşanma qeydə alınıb. 50-54 yaşda kişilər arasında 815, qadınlar arasında isə 560 boşanma qeydə alınıb. 55-59 yaşda kişilər arasında 533, qadınlar arasında isə 337 boşanma qeydə alınıb. Naməlum yaşda kişilər arasında 44, qadınlar arasında isə 7 boşanma qeydə alınıb.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)