Bakıda 24 yaşlı qadın bıçaqlandı
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Bakıxanov qəsəbəsindəki yataqxanalardan birində qeydə alınıb.
Orada yaşayan 24 yaşlı Fərqanə Abbasova çoxsaylı bıçaq xəsarətləri alıb. Yaralını xəstəxanaya polis əməkdaşları çatdırıblar. Müayinə zamanı həkimlər bıçağın daxilə nüfuz etdiyini bildiriblər.
Hadisəni araşdıran Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən verilən məlumata görə, Fərqanə Abbasovanın özü-özünə bıçaqla xəsarət yetirdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq. Faktla əlaqədar cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi