Bank Of Baku

Sumqayıtda 21 yaşlı tələbə qız kirayədə yaşadığı evin sahibini öldürdü

# 11:17
25 noyabr 2015

Sumqayıtda qətl hadisəsi törədilib. Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb.

 

Orada kirayədə yaşayan, 1994-cü il təvəllüdlü Şərqiyə Mehdi qızı Ramazanova ev sahibi, 1940-cı il təvəllüdlü Səmayə Nəcəfovanı bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən Şərqiyə Ramazanova saxlanılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 

Məlumata görə, Şərqiyə Ramazanova Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR