Hərbçilərimizin boğazının kəsilməsi, dərisinin soyulması faktları var - Baş Prokurorluq

# 17:09
10 oktyabr 2022

Sosial Tədqiqatlar Mərkəzinin  təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfrans keçirilib.

 

APA TV xəbər verir ki, konfransda çıxış edən STM İdarə Heyətinin sədri Zahid Oruc deyib ki, bu il oktyabrın 2-də erməni əsgərlərin təsdiqlənməyən qətl görüntüsü ətrafında yaradılan ajiotaj qələbəmizə zərbə vurmaq məqsədi daşıyır. O, qeyd edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsini beynəlxalq hüquqa tam uyğun, ədalətli şəkildə aparıb.

 

 

Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov isə nəzərə çatdırıb ki, 2020-ci ilin oktyabr ayında Azərbaycan dövləti Avropa Məhkəməsinə dövlətlərarası şikayətlə müraciət edib.

 

 

Baş Prokurorluğun istintaq İdarəsinin rəisi Nemət Əvəzov qeyd edib ki, son dövrdə sosial şəbəkələrdə əsir kimi götürülməsi iddia olunan bir neçə erməni hərbi qulluqçunun qətlə yetirilməsi və onların meyitləri üzərində təhqiredici hərəkətlərə yol verilməsi barədə hələ ki, mənbəyi məlum olmayan bir neçə videonun yayılmasını az qala Azərbaycan dövlətinin “soyqırımı siyasəti” kimi qələmə verirlər.

 

 

“Azərbaycan torpaqlarında Ermənistanın hərbi cinayətləri” mövzusunda çıxış edən Müdafiə Nazirliyinin hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov deyib ki, Fərrux və Edilli kəndlərində aşkarlanan kütləvi qəbiristanlıqlar Ermənistanın hərbi cinayətlərini təsdiq edir:

 

 

Elşad Əbilov onu da  qeyd edib ki, bu dövrdə mina partlayışları nəticəsində 8 hərbçimiz həlak olub, 85 hərbçimiz yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR