Rusiyada "erməni soyqırımı"nı inkar edənlər cəzalandırıla bilər - QANUN LAYİHƏSİ
Rusiya Dövlət Dumasına qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsi təqdim edilib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə "Ədalətli Rusiya" partiyasının lideri Sergey Mironov özünün "Twitter" səhifəsində yazıb.
"Biz Fransanın nümunəsində olduğu kimi, 1915-ci ildəki erməni soyqırımını inkar edənlərin məsuliyyətə cəlb olunmasını nəzərdə tutan qanunun layihəsini Dumanın müzakirəsinə təqdim etdik" - deyə o bildirib.
Qeyd edək ki, ötən gün Sergey Mironov sözügedən qanun layihəsinin yaxın günlərdə parlamentin gündəliyinə çıxarılacağını bildirmişdi.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi