Ərdoğan Putinə: "Gəl görüşək"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə noyabrın 30-da Parisdə görüşməyi təklif etdiyini, lakin Rusiya tərəfinin hələlik cavab vermədiyini bildirib.
APA TV-nin türk verdiyi xəbərə görə, Ərdoğan bu barədə Fransanın “France 24” telekanalına müsahibəsində bildirib.
“Mən Vladimir Putinlə noyabrın 30-da Parisdə görüşün keçirilməsinə dair sorğu verdim, lakin hələ cavab almamışam”, - deyə Ərdoğan bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Parisdə keçiriləcək iqlim sammitində Putin və Ərdoğan arasında ayrıca görüşün nəzərdə tutulmadığını bildirib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi