Çayxanada silahlı insident

# 19:36
14 mart 2022

Şəmkirdə silahlı insident yaşanıb.

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şiştəpə kəndində çay evlərinin birində qeydə alınıb.  Kənd sakini 1988-ci il təvəllüdlü Naiməddin Bağıyev həmkəndliləri 1994-cü il təvəllüdlü Elmir Nağıyev və onun qardaşı ilə mübahisə edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Bu zaman Elmir Nağıyev yaşadığı evdən ov tüfəngini gətirərək atəş açıb.  Lakin güllə mübahisə edən şəxslərə yox, yaxınlıqda olan avtomobilə dəyib.

 

İlkin məlumata görə hadisə baş verən zaman tərəflər sərxoş vəziyyətdə olub. Faktla bağlı cinayət işi başlanıb  istintaq tədbrləri davam etdirilir. 

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Şəmkir

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR