İncəsənət xadimlərinə mükafatıar təqdim olundu
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəxri mükafata layiq görülən sənətçilərə vəsiqələrin təqdim olunması mərasimi keçirilib. APA TV-nin xəbərinə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan teatrı beynəlxalq aləmdə öz potensialını layiqincə nümayiş etdirir. Nazir hazırda təmir olunan və yenidən qurulmasını gözləyən teatrlarda işlərin davam etdiriləcəyini deyib.
Tədbirin sonunda prezident İlham Əliyevin sərəncamı əsasında təltif olunan sənətçilərə ordenlər, fəxri adlar, mükafatlar təqdim olunub.
Azərbaycan Kinematoqrafçılar Birliyinin sədri Şəfiqə Məmmədova, xalq artistləri Amaliya Pənahova, İlhamə Quliyeva, Afaq Bəşirqızı, Bəxtiyar Xanızadə və başqaları sənətlərinə verilən qiymətə görə minnətdarlıqlarını bildiriblər.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib