Davudoğlu: "Heç vaxt üzr istəmərik!"
“Heç bir dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirdiyi üçün üzr istəməz”. APA TV-nin Türkiyə mənbələrinə istinadən verdiyi məlumata görə, bu sözləri baş nazir Əhməd Davudoğlu Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra deyib.
Ə.Davudoğlu bildirib ki, Türkiyənin hava məkanı ölkənin suverenliyinin bir hissəsidir: “Rusiya təyyarəsinin vurulması özünümüdafiə addımı idi. Heç bir ölkə öz vəzifəsini yerinə yetirdiyi üçün üzr istəməz. Ordumuz öz vəzifəsini yerinə yetirdi. Heç bir ölkə öz işimizi yerinə yetirdiyimiz üçün bizdən üzr gözləməsin”.
Ə.Davudoğlunun sözlərinə görə, Türkiyənin gərginliyi artırmaq niyyəti yoxdur: “Hər səviyyədə Rusiya ilə görüşlərə hazırıq”.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi