Evdən oğurluq edən keçmiş məhkumlar tutuldu
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları evdən oğurluq edən şəxsləri saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Muraz Əzizov və Emin Əsədov Hacıməlik qəsəbəsindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 740 manat nağd pulu və kompüter avadanlığını oğurlayıblar.
Saxlanılan şəxslər maddi sübutla birlikdə istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.