Azərbaycana ilk qar yağdı
Azərbaycanın şimal-qərb bölgəsinə ilk qar yağıb.
APA TV-nin məlumatına görə, bu gün saat 11:00 radələrindən başlayaraq respublikanın şimal-qərb bölgəsinə, Böyük Qafqaz sıra dağlarının cənub ətəyini əhatə edən Şəki, Qax və Zaqatala rayonlarının ərazilərinə ilk qar yağır.
Havanın hərarəti yüksək dağlıq ərazilərdə mənfi 5-10 dərəcəyə, düzənlik ərazilərdə 0 dərəcə bəzi ərazilərdə isə müsbət 2-1 dərəcəyə qədər aşağı düşüb. Bölgədə ən çox qar Qax rayonunda müşahidə olunur. Hazırda rayonun İlisu kəndində qarın qalınlığı təqribən 10, Sarıbaş kəndində isə 20 sm-dir. Zaqatala rayonunun dağlıq ərazilərində qarın qalınlığı 5-7 sm, düzənliklərdə isə 2-3 sm təşkil edir.
Qar bölgədə təbii qazın və elektrik enerjisinin verilməsində problem yaratmayıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi