Qubada yanğın, avtomobil təmiri sexi külə döndü
Dünən axşam saatlarında Qubada yanğın baş verib. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə Quba rayon sakini Həbib Ağayevə məxsus avtomobil təmiri sexində qeydə alınıb.
Hadisə yerinə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Ümumi sahəsi 80 kv.m olan sex tamamilə yanıb. Yanğının səbəbləri araşdırılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi