Meyiti tapılan daha dörd neftçinin ADI AÇIQLANDI
Azərbaycan Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 65-70 kilometrliyində FHN-in helikopteri tərəfindən meyiti tapılan daha bir neftçinin şəxsiyyəti müəyyən olunub.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsindən APA-ya verilən xəbərə görə, bu, 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu (07.03.1984), 1957-ci il təvəllüdlü Quliyev Fəxrəddin Xancan oğlu, 1965-ci il təvəllüdlü İsgəndərov Habil Tağı oğlu və 1963-cü il təvəllüdlü Babayev Mikayıl İsmayıl oğludur.
Qeyd edək ki, bu gün saat 13:20 radələrində FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib. Onlardan Tağıyev Fuad Tahir oğlu (23.02.1981) və Mahmudov Ağa İzzət oğlunun (24.03.1968) cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi