Tovuz sakini əmisi oğlunun evindən oğurluq etdi
Tovuz rayonunda oğurluq faktının üstü açılıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, Tovuz rayon Polis Şöbəsində aparılan əməliyyat tədbirləri nəticəsində bu ilin noyabr ayında rayonun İbrahimhacılı kənd sakini Tahir Hümbətovun evindən dəyəri 2150 manat olan qızıl zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Oğurluğu törədənin Tahir Hümbətovun əmisi oğlu və qonşusu, 1970-ci il təvəllüdlü Şakir Məmmədov olması müəyyən edilib.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, Şakir Məmmədovun əvvəllər məhkumluğu olub.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi