Beynəlxalq axtarışda olan şəxs "ASAN Xidmət"də yaxalandı
Bakıda Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub. APA TV-nin Lent.az-a istinadən xəbərinə görə, hadisə Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsindəki "ASAN Xidmət" mərkəzində baş verib.
Mərkəzə sənəd almaq üçün müraciət edən Xaçmaz rayon sakini Bəxtiyar Yüzbəyovun Rusiya Federasiyası Dağıstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindəın beynəlxalq axtarışa verilməsi müəyyən edilib. B.Yüzbəyov saxlanılaraq Nərimanov polisinə təhvil verilib.
Bildirilir ki, B.Yüzbəyov Rusiya Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə axtarışda olub.
Araşdırmalar aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi