Bu kənddə camaat işə gedir, evə qayıda bilmir

# 17:38
23 yanvar 2023

Şahbuz rayon Kükü kənd sakinləri kəndə gediş-gəlişin çətinliyindən şikayətçidirlər. Onlar deyir ki, Naxçıvan şəhərində oxuyan və çalışan kənd sakinləri axşamlar evlərinə geri qayıtmaq üçün nəqliyyat tapa bilmir. Sakinlər bildirir ki, axşam saatlarında Naxçıvandan Kükü kəndi istiqamətində avtobus işləmir.  İctimai nəqliyyatla bağlı etirazlarını bildirsələr də, şikayətləri hələ də təmin olunmayıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti publik hüquqi şəxsin Müfəttişlik və Təhlükəsizlik şöbəsinin müdiri Elxan Novruzov bildirdi ki, məsələnin həlli istiqamətində işlər görülür. 

Qeyd edək ki, Kükü kəndini Naxçıvana 52 km-lik yol birləşdirir. Hazırda kənddə  1300-dən artıq sakin yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR