Rus qırıcıları türkmənləri bombaladı: 15 ölü
Rusiya qırıcılarının Suriyanın Lazkiyə şəhəri yaxınlığındakı Cəbəl Əkrad bölgəsini bombalaması nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 15 nəfər ölüb.
APA TV-nin "Anadolu" agentliyinə istinadən yaydığı məlumata görə, Bəşər Əsəd ordusu və rus qırıcılarının Türkmən dağı ilə Cəbəl Əkrad bölgəsinə hücumları fasiləsiz davam edir.
Rusiya təyyarələrinin Merand kəndinə hava hücumu zamanı mərmilər evlərə düşüb.
Hazırda dağıntılar altında axtarışlar davam edir. Ölənlərin sayının artacağı istisna edilmir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi