İranlı çempion Suriyadakı döyüşlərdə öldürüldü
Suriyada Əsəd qoşunlarının tərkibində müxalifətə qarşı döyüşən iranlı cüdo çempionu öldürülüb. APA TV xəbər verir ki, məlumatı İranın rəsmi İRNA agentliyi yayıb.
Keçmiş idmançı Mustafa Şeyxülislaminin cənazəsinin bu gün vətəni Mazandarana aparılacağı və Çalus qəsəbəsində dəfn ediləcəyi gözlənilir.
Bundan başqa, əfqan əsilli Mehdi Əhmədinin də Əsəd qüvvələri sıralarında müxalifətə qarşı döyüşlərdə öldürüldüyü bildirilir. 17 yaşlı Mehdi Əhmədi İran İnqilabı Keşikçiləri Korpusunda əfqan milislərdən ibarət "Fatimuyyun" briqadasındandır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi