Putinin köməkçiləri niyə qorxuya düşdü?

# 14:05
31 mart 2022

Rusiya Prezidenti Vladimir Putinlə müdafiə naziri Sergey Şoyqu arasında daimi gərginlik var.

APA TV xəbər verir ki, “Nyu York Tayms” ABŞ kəşfiyyatına istinadla məlumat yayıb.

Nəşr həmçinin bildirib ki, Putinin köməkçiləri Ukraynada baş verənlərlə bağlı ona yanlış məlumat verir, rus ordusunun həqiqi itkiləri barədə danışmırlar:

“Amerika kəşfiyyatının məlumatına görə, dezinformasiya Putinlə vaxtilə ən etibarlı kadrlarından biri olan Sergey Şoyqu arasında inamsızlığı və gərginliyi artırıb. Putinin pandemiya zamanı ciddi şəkildə qapanması, həmçinin müşavirlərinin ondan çox qorxması onun Rusiyanın hərbi uğurları ilə bağlı natamam və ya həddindən artıq optimist hesabatlar almasına gətirib çıxarıb. Görünür ki, o, həqiqətən də Rusiya ordusunun Ukraynadakı hərbi əməliyyatlarda çağırışçılardan istifadə etdiyini bilmirdi”, - deyə nəşr qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR