Ağsaqqallar Şurası Heydər Əliyevin məzarını ziyarət etdi
Azərbaycan Ağsaqqallar Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri Xiyabanda onun məzarını ziyarət edib.
APA TV-nin məlumatına görə, Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun başçılığı ilə Şura üzvləri Heydər Əliyevin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, ehtiramlarını ifadə ediblər.
Heydər Əliyevlə bağlı xatirələrini bölüşən F.Heydərov Azərbaycanın dövlət quruculuğunun əsasının ümummilli lider tərəfindən qoyulduğunu vurğulayıb: "Heydər Əliyev nə qədər bu xalqa bağlı idisə, nə qədər bu torpağı sevirdisə, Azərbaycan da əbədi olaraq ulu öndəri öz köksündə saxlayacaq".
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi