“Günəşli”də xəsarət alan 5 neftçi evə buraxıldı
SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan və Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 5 nəfəri evə buraxılıb.
MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, evə buraxılan neftçilər - Allahverdi Məmmədov, Kamran Tarıverdiyev, Vidadi Sarıyev, Bəhruz Babayev və Coşqun Qarayevdir.
A.Fətəliyeva qeyd edib ki, hazırda xəstəxanada olan 25 neftçinin müalicəsi davam etdirilir.
Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi