Ağstafada "Mercedes" "KamAZ"la toqquşdu: yaralılar var
Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində “Mercedes”də olan iki nəfər, Ağstafa rayon sakinləri, 1989-cu il təvəllüdlü Əvəz Alıməmmədov və 1988-ci il təvəllüdlü Orxan Yusibov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi