Bank Of Baku

İntihar edən MTN polkovnikinin meyiti ailəsinə təhvil verildi

# 13:32
21 dekabr 2015

Ötən gün intihar edən MTN polkovniki İlqar Əliyev bu gün dəfn olunacaq.

 

Bu barədə APA-ya məlumat verən vəkil Rəşad Mirmehdizadə bildirib ki, mərhumun meyiti ötən gün gecə ailə üzvlərinə təhvil verilib. Vəkil İ.Əliyevin bu gün dəfn ediləcəyini bildirib.

 

Qeyd edək ki, ləğv olunan MTN-in Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev dekabrın 20-də saxlanıldığı Bakı İstintaq Təcridxanasının kamerasında özünü asaraq intihar edib.

 

Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR