Nərminin nənəsi İlkin Süleymanovun məhkəməsində dindiriləcək

# 18:30
20 aprel 2023

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.APA-nın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin bir neçə yüksək rütbəli şəxsin məhkəmədə dindirilməsi ilə bağlı vəsatətləri müzakirə olunub. Məhkəmə onların dindirilməsinə ehtiyac görməyib.

Müdafiə tərəfi ümumilikdə 20-yə yaxın vəsatət qaldırıb.Onların yalnız Nərmin Quliyevanın ana nənəsi Minayə İsmayılovanın və qanla bağlı rəy vermiş ekspert Elşən Məmmədovun dindirilməsi haqda vəsatətlər təmin olunub. Nərminin nənəsi Minayə Quliyeva ibtidai istintaq zamanı dindirilsə də, məhkəmədə şahid kimi tanınmayıb. İlkin Süleymanovun vəkilləri bildirib ki, Minayə Quliyeva əsas şahidlərdən biri olub, işlə bağlı mühüm ifadə verib.

Vəkillər əksər vəsatətlərinin təmin olunmaması ilə bağlı yazılı şəkildə etiraz vermək üçün vaxt istəyib. Bu səbəbdən proses aprelin 26-na kimi təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR