Lənkəranda 150 kq istifadəyə yararsız ət aşkarlandı
Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) və Baytarlıq İdarəsinin əməkdaşları rayonda qanunsuz ət tədarükünə qarşı reyd keçirib.
APA TV-nin cənub bürosunun məlumatına görə, reyd zamanı rayonun Osaküçə kəndi ərazisindəki meşə massivində mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran ümumilikdə 150 kiloqram çəkidə 3 baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilərək götürülüb.
Lənkəran Baytarlıq İdarəsindən bildiriblər ki, aşkarlanmış heyvan cəmdəkləri müayinə olunmaq üçün Respublika Baytarlıq Laboratoriyasına təhvil veriləcək.
Faktla bağlı araşdırmalara başlanıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi