Bank Of Baku

Xaçmazda yük və minik maşınları toqquşdu: ölən var

# 11:20
30 dekabr 2015

Gəndob-Yalama yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun  məlumatına görə, qəza magistralın 32-ci km-də qeydə alınıb.

 

10 RM 567 dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik maşını və Rusiya dövlət nömrə nişanlı "TIR" toqquşub.

 

Qəza nəticəsində minik maşınının sürücüsü hadisə yerində ölüb. Sürücünün kimliyini hələlik müəyyənləşdirmək mümkün olmayıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində araşdırmalar davam edir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR