DİN-in Baş İdarəsində ölüm: 45 yaşlı qadın binadan yıxıldı
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində ölüm hadisəsi baş verib.
Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. 1971-ci il təvəllüdlü Təranə Nağı qızı Cəfərova binadan düşərək ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, dünyasını dəyişən Təranə Cəfərova Baş İdarədə xadimə işləyib. O, binanın pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi