Salyan sakini keçmiş kürəkənini qətlə yetirdi - TƏFƏRRÜATLAR

# 18:13
26 aprel 2022

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Təzəkən kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1952-ci il təvəllüdlü Əliyev Məlikağa Əşrəf oğlu öz evində keçmiş kürəkəni Qarabağlı kənd sakini, 1985-ci il təvəllüdlü Məlikov Faiq Mətləb oğlunu aralarında yaranmış münaqişə zəminində bıçaqla qətlə yetirib. Narkotik vasitənin təsiri altında olan Faiq Məlikov keçmiş həyat yoldaşının ata evinə soxularaq yatmış vəziyyətdə olan Məlikağa Əliyevə hücum edib. Bu zaman onların arasında əlbəyaxa münaqişə yaşanıb. 71 yaşlı qayınatasını özündən çıxaran Faiq Məlikov birinci tərəfindən 4 bıçaq zərbəsi alıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, ailənin birgə yaşayış zamanı 6 və 7 yaşında 2 övladları olub.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məlikağa Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Əlibəy Zeynallı

Elçin Həsənov

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR