Şəmkir sakini odlu silahdan yaralandı
Şəmkir rayon sakini odlu silah yaralanması ilə xəstəxanaya yerləşdirilib.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasından APA TV-nin qərb bürosuna verilən məlumata görə, rayonun Ələsgərli kənd sakini, 1986-cı il təvəllüdlü Eldəniz Vəliyev sağ qoltuqaltı nahiyənin, sağ bazunun və saitin odlu silah yaralanması xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
E.Vəliyevin hansı şəraitdə xəsarət aldığı hələ ki, məlum deyil. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi