Yasamalda 32 yaşlı kişi bıçaqlandı
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Şərifzadə küçəsində qeydə alınıb.
1984-cü il təvəllüdlü Asəf Sabir oğlu Məmmədov çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, əməliyyat olunub və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.
32 yaşlı Asəf Məmmədov xəsarətlərin ona kim tərəfindən yetirildiyini açıqlamayıb. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar və xəstəxanada yaralının yaxınlarının ifadələrini alıblar.
Asəf Məmmədova xəsarət yetirən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür. Araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi