ABŞ və İran casusluqda suçlanan məhbusları azadlığa buraxdı
ABŞ və İran arasında məhbus mübadiləsinə dair əldə olunan razılığa əsasən, Evin həbsxanasında saxlanılan və ikili vətəndaşlığı olan 4 nəfər məhbusların mübadiləsi çərçivəsində azadlığa buraxılıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Tehran şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi deyib.
Onun sözlərinə görə, İran Milli Təhlükəsizlik Şurasının qərarına əsasən azadlığa buraxılan şəxslər ABŞ-a casusluqda ittiham olunan Əmir Hikməti, “Washington Post” qəzetinin Tehrandakı müxbiri Jason Rezaian, Nüsrətullah Xosrəvi Rudsəri və iranlı keşiş Səid Abididir.
İranın azad etdiyi məhbusları aparan təyyarə ABŞ-ın Almaniyadakı Ramştayn hərbi bazasında eniş edib.
Məlumata görə, Amerikada həbsdə olan 7 İran vətəndaşı da azadlığa buraxılıb. Bundan başqa, ABŞ İnterpoldan 14 iranlının axtarışı ilə bağlı sorğusunu geri çəkib və İranın iki bankına qarşı sanksiyanı ləğv edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi