Türkiyədə anti-terror əməliyyatı: 12 PKK-çı məhv edildi
Türkiyənin cənub-şərqində keçirilən anti-terror əməliyyatlarında 12 kürd separatçısı öldürülüb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Cizrədə hökumət qüvvələri ilə PKK-çılar arasında toqquşma olub.
Bölgəyə əlavə qüvvələr - tanklar və başqa hərbi texnika yeridilib. İri yaşayış məntəqələrində komendant saatı tətbiq edilir.
Son bir ayda Silopidə 135, Cizrədə 308, Surda isə 101 terrorçu məhv edilib.
Dünən Diyarbəkirdə terrorçular tərəfindən təşkil edilən qanunsuz aksiyada polis gözyaşardıcı qazdan istifadə edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi