Avtobusdan gələn QƏRİBƏ SƏS: Motorxanada adam GİZLƏNDİ
Türkiyədən qeyri-qanuni yollarla Makedoniyaya getmək istəyən Əlcəzair vətəndaşı ölümdən dönüb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə İstanbulun Fatih rayonunda sərnişinlər tərəfindən aşkar edilib.
Avtobusunun mühərrik hissəsinə girən şəxs özünü olduğu yerə kəndirlə bağlayıb.
Avtobusun hərəkəti nəticəsində sürət qutusunun isinməsi ilə həmin şəxsin bədəni yanmağa başlayıb.
Bundan sonra qışqırmağa başlayan şəxs sərnişinlər tərəfindən aşkarlanıb.
Həmin şəxsi görən avtobus sürücüsü vəziyyəti polisə xəbər verib.
Yanıq xəsarətləri alan həmin şəxs xəstəxanaya aparılıb.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib