Sumqayıtda dəhşətli qətl: 69 yaşlı qadını qardaşının ailəsi qətlə yetirdi
Sumqayıtda qətl törədilib. APA TV-nin xəbərinə görə, hadisə yanvarın 18-də Sumqayıt şəhəri, Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında baş verib.
Ərazidə üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyiti aşkar edilib. Aparılan araşdırmalar nəticəsində qətlə yetirilən şəxsin H.Z.Tağıyev qəsəbəsinin sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olduğu müəyyən edilib.
Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni əmlak bölgüsü zəminində törətmiş qardaşı, əvvəllər məhkum olunmuş 1961-ci il təvəllüdlü Şahbaz Xəlfəyev, arvadı Şəhla və 1991-ci il təvəllüdlü oğlu, əvvəllər məhkum olunmuş İslam tutulublar.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi