Bank Of Baku

Paytaxtda cibgir dəstəsi yaxalandı

# 10:33
6 fevral 2016

Gəncədən Bakıya gələrək cibgirliklə məşğul olan dəstənin üzvləri saxlanılıb.

 

APA TV-nin məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşları tərəfindən paytaxt ərazisində ictimai nəqliyyatda, həmçinin insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan 4 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

 

Keçirilən tədbir zamanı Gəncə şəhər sakinləri - əvvəllər dəfələrlə məhkum edilmiş Elbrus Manafov, Ramil Məmmədov, Ayaz Hüseynov və Telman Mirzəliyev tutulub. Dəstə üzvlərinin paytaxt ərazisində ümumilikdə 4 nəfərin pulunu cibgirlik yolu ilə oğurladıqları sübuta yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR