"Texnikabank" müflis elan edildi
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli qərarı ilə "Texnikabank" ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, “M.M.M. Perfekt Konsaltinq” MMC ləğvedici təyin edilib. Qərar dərhal icraya yönəldilib.
Ləğv prosesində olan “Texnikabank” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcək. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.
“Texnikabank” ASC qarşısında öhdəlikləri olan şəxslər borclarının ödənilməsi və ya məlumat almaq üçün, bankın baş ofisi ilə yanaşı filial və şöbələrinə müraciət edə bilərlər.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi