Türkiyə İraq ərazisini bombaladı - BÖLGƏDƏ GƏRGİNLİK ARTIR
Türkiyənin paytaxtı Ankarada baş verən terror aktından sonra Türkiyə Hava Qüvvələrinə məxsus hərbi təyyarələr İraqın şimalında PKK-ya qarşı əməliyyat keçirib.
APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, Türkiyə hərbi təyyarələri İraqın şimalındakı Haftanin bölgəsindəki PKK mövqelərini bombalayıb.
Əməliyyatda aralarında terror təşkilatının rəhbərliyinə daxil olan şəxslərin də olduğu 60-70 nəfərlik qrupun hədəf alındığı bildirilir.
Hələlik əməliyyatın nəticələri barədə məlumat yoxdur.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi