Məktəbli qız 8 nəfəri bıçaqladı
Kanadada hələlik bəlli olmayan səbəblərdən məktəbli qız bıçaqla səkkiz nəfəri yaralayıb. APA TV-nin məlumatına görə, hadisə Kanadanın Pikerinq şəhər məktəbində baş verib.
Yuxarı sinif şagirdi olan qız sinif yoldaşlarına və müəllimlərinə bıçaqla zərbə vuraraq onları xəstəxanalıq edib. Yaralananlardan altısı şagird, iki nəfər isə müəllimdir. Zərərçəkənlərdən birinin vəziyyəti daha ağırdır.
Polis hücum edən qızı həbs edib. Hazırda hadisənin motivləri araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi