Hacıqabulda “KİA Sportace” dəmir səddə çırpıldı, çoxlu yaralı var
Hacıqabulda baş verən avtomobil qəzasında 6 nəfər yaralanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində “KİA Sportace” markalı 90 LP 010 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq dəmir səddə çırpılıb. Nəticədə avtomobildə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Hacıqabul rayon xəstəxanasına yerləşdirlib. Yaralıların adları dəqiqləşdirilir. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi