Nizami Qocayev işdən çıxarıldı - YENİLƏNİB
İsmayıllı rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb.
APA-nın məlumatına görə, şöbənin rəisi Nizami Qocayev xidmətdə olmanın son yaş həddi ilə bağlı tutduğu vəzifədən kənarlaşdırılıb.
Rayon Polis Şöbəsindən APA-ya N.Qocayevin işdən çıxarılması xəbərini təsdiqləyiblər. Bildirilib ki, şöbənin rəisi vəzifəsini hazırda rəis müavini Şöhrət Kərimov icra edir.
APA-nın əldə etdiyi məlumata görə, Nizami Qocayev Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Gəncə şəhər icra şöbəsinin rəisi təyin edilib. Bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi