Bank Of Baku

Saatlıda 2 çoban göldə boğuldu

# 13:28
5 mart 2016

Saatlı rayonunun Smada kəndi ərazisində yerləşən fermanın balıqçılıq üçün nəzərdə tutulan süni gölündən 2 şəxsin meyiti tapılaraq çıxarılıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, həmin şəxslər Quba rayonunun Xalaxudat kənd sakinləri, 1989-cu il təvəllüdlü Gülməliyev Süleyman Səttar oğlu və 1998-ci il təvəllüdlü Rəhimov Məhərrəm Zöhrab oğludur. Onların çoban olduqları bildirilir. Bu şəxslərin hansı şəraitdə suda boğulduqları istintaq tərəfindən araşdırılır.


Faktla bağlı Saatlı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR