Bank Of Baku

Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəis müavini təyin edildi

# 10:56
7 mart 2016

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub. APA-nın əldə etdiyi məlumata görə, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib.

 

İsmayıl Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb.

 

DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə isə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb. O, bundan əvvəl milli təhlükəsizlik nazirinin müavini olub.

 

DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub.

 

DTX-dan yeni təyinatların olduğu barədə məlumatı APA-ya təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR