Şuşada Türkiyə konsulluğunun açılması ilə bağlı danışıqlar aparılır

# 17:56
10 may 2022

“Ümummilli lider bizim üçün dəyəli biridir.” Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.  O bildirib ki, bütün dövlət qurumlarında aparılan siyasət “Bir millət, iki dövlət” anlayışı üzərindən davam edəcək.

 

“Birincisi, Heydər Əliyev , “Bir millət, iki dövlət” anlayışının memarıdır. Bu gün Türkiyə və  Azərbaycan əlaqələri “Bir millət, iki dövlət” anlayışını əsas tutaraq sağlam müttəfiqlik səviyyəsinə gəlib. İki dövlət arasında davam etdirilən siyasətimiz elə bu cür də davam edəcək. İkincisi isə, çağdaş Azərbaycan Türkiyənin də yer aldığı imzalanan “Əsrin müqaviləsi”ilə çəkilən  Bakı-Tiflis-Ceyhan neft kəməri Azərbaycanı Qərblə güclü əlaqələr qurmağa şərait yaradıb. Bu gün Qərbin yaşadığı ən önəmli problemlərindən biri enerji tələbatıdır. Azərbaycan enerji tələbatını Bakı-Tiflis-Ceyhan və TANAPla qaz xətləri ilə təmin edir. Türkiyə və Azərbaycan əlaqələrini Qərblə münasibətlərdə körpü kimi görürük. Bu əlaqələrin təməlini, mirasını Heydər Əliyevdən aldıq. Bir daha sevgi və sayğı ilə anırıq”

 

Türkiyə və Azərbaycan arasında dostluq münasibətlərindən danışan səfir qeyd edib ki, iki ölkə arasında münasibətlər daha da inkişaf edir. 

 

“Mövcud konyuktura sürətli olaraq dəyişməkdədir. Türkiyə və Azərbaycan bölgədəki vəziyyəti qarşılıqlı olaraq müzakirə edirlər. Türkiyə və Azərbaycan arasında dostluq münasibətləri hər zaman olduğu kimi, indi də davam və inkişaf edir”

 

Şuşada konsulluğun açılamasına da münasibət bildirən səfir qeyd edib ki, “Bu məsələ ilə bağlı hazırda həm Azərbaycan, həm də Türkiyə Xarici İşlər Nazirlikləri arasında danışıqlar gedir” deyə Türkiyənin Azəebaycandakı səfiri Cahit Bağçı deyib.

 

Fuad Sadıqov

Fariz Quluyev

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR